Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 8-də Moskvaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan isə gələn ayın ikinci yarısında Rusiyaya gələcək.
"Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır”, - deyə XİN rəsmisi qeyd edib.
Səfərlərin gündəliyi hələlik məlum deyil. Ermənistan rəhbərliyinin Rusiyada rəsmi görüşlər keçirməsi gözlənilir.