Modern.az

ABŞ Şimali Koreyaya sanksiyaların artırılmasını təklif edir

ABŞ Şimali Koreyaya sanksiyaların artırılmasını təklif edir

Dünya

26 Mart 2022, 00:51

ABŞ BMT Təhlükəsizlik Şurasına Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaların artırılması məsələsinə baxmağı təklif edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

 

Buna səbəb kimi Pxenyan tərəfindən qitələrarası ballistik raket buraxılışı göstərilir. O bildirib ki, BMT Şimali Koreya tərəfindən həyata keçirilmiş buraxılışa cavab verməlidir.

 

Xatırladaq ki, martın 24-də Koreya Xalq Demokratik Respublikasında (KXDR) Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir