Türkiyənin S-400 raket komplekslərini Kiyevə verməsi məsələsi gündəmdə deyil.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası ABŞ-ın Türkiyəyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Ukrayna qoşunlarına təhvil verməyi təklif etdiyi barədə məlumat yaymışdı.
“Belə bir məsələ gündəmdə deyil", - deyə Çavuşoğlu S-400 məsələsinə münasibət bildirib.
Akif İsmayılov