Modern.az

Bayden Putinə bu dəfə “qəssab” dedi - VİDEO

Bayden Putinə bu dəfə “qəssab” dedi - VİDEO

Dünya

26 Mart 2022, 23:13

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini bu dəfə “qəssab” adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb. 

 

Bayden bunu Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət edərkən deyib.  Jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub. 

 

“O qəssabdır”, - deyə Bayden cavab verib. 

 

Qeyd edək ki, Bayden bundan əvvəl Putini “hərbi cinayətkar” adlandırıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!