Modern.az

“Bayden xəstədir” - Rusiyanın cavabı gecikmədi

“Bayden xəstədir” - Rusiyanın cavabı gecikmədi

Dünya

26 Mart 2022, 23:51

Rusiyadan ABŞ Prezidenti Co Baydenin ölkə lideri Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə reaksiya verilib.

Modern.az xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Putinə “qəssab” deyən Baydeni xəstə adlandırıb.

“ABŞ vətəndaşları prezidentlərindən utanmalıdır. Ola bilsin ki, Bayden xəstədir, müalicə olunsa yaxşı olar. O, bədbəxt adamdır”, - Volodin vurğulayıb.

Qeyd edək ki, Polşada səfərdə olan ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini bu dəfə “qəssab” adlandırıb.

Həmçinin oxuyun:

Bayden Putinə bu dəfə “qəssab” dedi - VİDEO

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!