Modern.az

Rusiya tərəfi: Bu gün 91 hərbi obyekt vurulub 

Rusiya tərəfi: Bu gün 91 hərbi obyekt vurulub 

Dünya

27 Mart 2022, 00:55

Rusiya qoşunları son bir gün ərzində Ukraynada 91 hərbi obyekti vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

 

“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 91 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, 11 silah-sursat anbarı, iki elektron döyüş məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin 20 dayaq məntəqəsindəki 52 hərbi texnika vurulub”, - deyə Konaşenkov mətbuata açıqlamasında vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!