Modern.az

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Dünya

27 Mart 2022, 09:16

Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka kəndini Rusiya qoşunlarından geri alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.

 

O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir. İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib: "Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib".

 

Eyni zamanda Zaporojye vilayətinin ərazi müdafiə qüvvələri daha əvvəl Malinovkanı da Rusiya hərbçilərindəm azad edib. Qarşı tərəf onlarla hərbçi itirib.

 

Zaporojye Regional Hərbi Administrasiyası məlumatı təsdiqləyib. Bildirilib ki, kənd tamamilə azad olunub.

 

Qeyd edilib ki, hücum əməliyyatı nəticəsində ukraynalı müdafiəçilərlə döyüşdə Rusiyanın 80-dək hərbçisi həlak olub, bir neçə zirehli texnikası sıradan çıxarılıb, həmçinin motoatıcı bölmənin sənədləri və silahları ələ keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!