Modern.az

Rusiyanın itkiləri artır - Son rəqəmlər AÇIQLANDI

Rusiyanın itkiləri artır - Son rəqəmlər AÇIQLANDI

Dünya

27 Mart 2022, 10:26

Rusiya hərbçilərinin mənəvi-psixoloji durumu aşağı olaraq qalır. Ukrayna müdafiəçiləri sutka ərzində düşmənin 1 təyyarəsini, 8 tankını, 11 zirehli avtomobilini, 12 PUA, 2 raket və minaatanlarını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

 

"Donetsk və Luqansk istiqamətlərində Birləşmiş Qüvvələr düşmənin 7 hücumunu dəf edib. Ukrayna əsgərləri düşmənin 8 tankını, 8 zirehli və 3 texnikasını, bir minaatanını məhv edib", - Baş Qərargah bildirib.

 

Qeyd olunub ki, Rusiya qoşunlarının canlı qüvvə itkisi dəqiqləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!