Rusiya Silahlı Qüvvələrinin Ukraynada öldürülən hərbçilərinin yeni sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya ordusu indiyədək döyüşlərdə 16 600 hərbçisini itirib.
Bundan başqa, Rusiya qoşunlarının 582 tankı, 1664 zirehli döyüş maşını, 294 artilleriya sistemi, 93 RYAS, 52 hava hücumundan müdafiə sistemi, 121 hərbi təyyarəsi, 127 helikopteri, 1144 nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 yanacaq çəni, 56 dronu, 21 xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.