Modern.az

Rusiya-Ukrayna danışıqları Türkiyədə OLACAQ

Rusiya-Ukrayna danışıqları Türkiyədə OLACAQ

Dünya

27 Mart 2022, 19:31

Rusiya ilə Ukrayna arasında danışıqların növbəti raundu Türkiyədə baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə danışıqlarda Ukraynanı təmsil edən David Araximiya özünün "Facebook" hesabında məlumat yayıb.

 

O bildirib ki, 3 günlük danışıqlar raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək.

 

Görüş barədə məlumatlar daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya-Ukrayna danışıqları Belarus ərazisində təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!