Modern.az

Kişilərsiz təyyarəyə minə bilməyəcəklər - Qadınlara qadağa

Kişilərsiz təyyarəyə minə bilməyəcəklər - Qadınlara qadağa

Dünya

27 Mart 2022, 21:10

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı qadınların kişilərin müşayiəti olmadan təyyarələrdə uçmasını qadağan edib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

 

Hökumət hava yollarına yeni qaydalar barədə məktub göndərib. Mənbələrin bildirdiyinə görə, hələ şənbə günü bəzi qadınların təyyarələrə minməsinə icazə verilməyib.

 

Bundan əvvəl "Taliban" rejimi kişilərlə qadınların eyni vaxtda parkda istirahət etməsinə də qadağa qoyub.

 

Akif İsmayılov

 

 

Həmçinin oxuyun:

“Taliban”dan kişi və qadınlara yeni QADAĞA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!