Modern.az

Meşə yanğınlarına görə 20 min insan təxliyə edildi

Meşə yanğınlarına görə 20 min insan təxliyə edildi

Dünya

28 Mart 2022, 08:42

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın şəhərin cənub hissəsində başlayıb və güclü külək səbəbilə daha geniş əraziyə yayılıb.

 

Hazırda yanğının yanğınsöndürən təyyarələrin iştirakı ilə yaşayış yerlərindən uzaq tutulmasına və söndürülməsinə çalışılır.

 

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 evə ziyan dəymişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!