Rusiyada milyonlarla dollar dəyərində "Audemars Piguet" markalı saatlar müsadirə edilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti saatların yerli gömrük qaydalarının pozulduğuna görə müsadirə edildiyini açıqlayıb.
Mətbuatda saatların İsveçrənin tətbiq etdiyi sanksiyalara cavab olaraq müsadirə edildiyi qeyd olunur.
Rus ordusunun Ukraynaya hücumundan sonra İsveçrənin saat markası olan "Audemars Piguet" Rusiyadakı fəaliyyətini dayandırıb. Şirkət öz saytında Moskvadakı iki mağazasının müvəqqəti bağlandığını elan edib.
Məlumat üçün bildirək ki, saatların qiyməti 920.000 dollardan çoxdur. İsveçrə ötən il Rusiyaya 280 milyon dəyərində saat ixrac edib.
Beynəlxalq münasibətlərdə neytral mövqeyi ilə tanınan İsveçrə Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak edəcəyini açıqlamışdı.
Akif İsmayılov