Modern.az

Kanada F-35 qırıcıları almağa qərar verdi

Kanada F-35 qırıcıları almağa qərar verdi

Dünya

28 Mart 2022, 23:48

Kanada Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarələrinə olan ehtiyacını ödəmək üçün 88 ədəd F-35 təyyarəsi alınacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand məlumat verib.

 

O, təyyarələrin alınması üçün 19 milyard dollarlıq büdcə ayrıldığını bildirib.

 

Anand vurğulayıb ki, bu, ABŞ-ın müdafiə şirkəti olan "Lockheed Martin" tərəfindən istehsal olunan qırıcı təyyarələrin alınması ilə bağlı sövdələşmənin rəsmi olaraq bağlandığı anlamına gəlmir.

 

Nazir şirkətlə yekun danışıqlara başladıqlarını və ilin sonuna qədər başa çatdırmağı planlaşdırdıqlarını qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı