Modern.az

Qaribaşvili Mirzoyanla danışıqlar apardı

Qaribaşvili Mirzoyanla danışıqlar apardı

Dünya

29 Mart 2022, 18:06

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

 

Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Qaribaşvilinin dialoq formatının yaradılması üçün nəzərdə tutulmuş “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünə diqqət yönəldilib.

 

Qeyd olunub ki, Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq, birgə yaşayışı dəstəkləyib və regional dialoqa öz töhfəsini verməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi