Modern.az

Polşa Rusiya kömüründən imtina edir

Polşa Rusiya kömüründən imtina edir

29 Mart 2022, 23:33

Polşa hökuməti Rusiya kömürünün idxalına qadağa qoymağa imkan verən qanun layihəsini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözçüsü Piotr Müller bildirib.

 

Onun sözlərinə görə, sənəd kömür idxalını əngəlləyir.

 

"Biz artıq bu idxalın mümkün olmasını istəmirik, Avropa İttifaqının bu cür hərəkətləri hələ təsdiqləməməsi ilə bağlı bir risk olduğunu başa düşürük", - deyə hökumət sözçüsü qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi