Modern.az

Putinə verilən “qızıl açar” geri alındı

Putinə verilən “qızıl açar” geri alındı

30 Mart 2022, 00:12

İspaniyanın paytaxtı Madrid bələdiyyəsi 2006-cı ildə Rusiya Prezidenti Vladimir Putinə verilən şəhərin qızıl açarının geri alınmasına qərar verib.

 

Modern.az xəbər verir ki, Madrid Şəhər Şurasında keçirilən səsvermədə ifrat sağçı Vox partiyası istisna olmaqla, bütün siyasi partiyalar Putinə verilən qızıl açarın geri alınmasına səs verib.

 

Ukrayna müharibəsinə görə Rusiya Prezidenti Putini qınamaqda tərəddüd edən ifrat sağçı Vox partiyasının mövqeyi digər siyasi partiyalar, xüsusən də solçular tərəfindən tənqid edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi