Modern.az

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcək?

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcək?

30 Mart 2022, 00:30

ABŞ Prezidenti Co Bayden Ukrayna və Rusiya nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünün nəticələrini dəyərləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Bildirilib ki, Bayden ABŞ-ın siyasətini dəyişmək üçün heç bir səbəb görmür. Belə ki, Bayden Rusiyanın sülh təşəbbüslərinə sadiqliyini yoxlamaq istəyir.

 

"Onların təklif etdiklərini yerinə yetirib-yetirməyəcəyini görəcəyik. O vaxta qədər biz sərt sanksiyaları saxlamağa və Ukrayna ordusunu müdafiə vasitələri ilə təmin etməyə davam edəcəyik", - deyə Bayden ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib-etməyəcəyi məsələsinə toxunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi