Modern.az

Rus əsgərlər tanınmış boksçunu ÖLDÜRÜB

Rus əsgərlər tanınmış boksçunu ÖLDÜRÜB

30 Mart 2022, 00:42

Ukraynanın veteran boksçusu Aleksey Cunkovski İrpen şəhərində hərbi əməliyyatlar zamanı həlak olub.

 

Modern.az xəbər verir ki, Rusiya hərbçiləri tanınmış idmançını məşq zalında güllələyib.

 

Məlumata görə, hadisə şəhər işğaldan azad edilməmişdən əvvəl baş verib.

 

Aleksey Cunkovski hərbi qulluqçular arasında dünya çempionatının dördqat mükafatçısıdır. O, son illərdə məşqçi kimi çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi