Modern.az

ABŞ Britaniyaya raket satdı

ABŞ Britaniyaya raket satdı

30 Mart 2022, 00:56

ABŞ Dövlət Departamenti Böyük Britaniyaya 368 milyon dollar dəyərində "Tomahavk" qanadlı raketlərinin satışına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

 

Raketlər xarici hərbi satış proqramı çərçivəsində satılıb.

 

Agentlik qərar barədə ABŞ Konqresini məlumatlandırıb.

 

Akif İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi