Bu gün səhər Ukraynanın şərqindəki Lisiçansk şəhərinin yaşayış məntəqələri ağır artilleriyadan atəşə tutulub.
Modern.az xəbər verir ki, bunu Luqansk vilayətinin qubernatoru Serhiy Qaydai "Telegram" hesabında bildirib.
“Bir sıra hündürmərtəbəli binalara ziyan dəyib. Ölənlər barədə məlumat təsdiqlənir. Bir çox binalar uçub. Xilasedicilər hələ də sağ olanları xilas etməyə çalışırlar”, - deyə qubernator əlavə edib.