Modern.az

Hava limanlarına məhdudiyyət rejimi uzadıldı

Hava limanlarına məhdudiyyət rejimi uzadıldı

30 Mart 2022, 11:50

Rusiyanın cənub və mərkəzi hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər rejiminin aprelin 7-dək uzadılması təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

 

“7 aprel 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dək Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopolda hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər rejimi uzadılıb”, - mesajda deyilir.

 

Agentliyin məlumatına görə, Rusiyanın digər aeroportları, o cümlədən beynəlxalq hava limanları adi rejimdə işləyir.

 

Xatırladaq ki, fevralın 24-də Rusiyanın cənubunda hava məkanı bağlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi