Modern.az

Polşalı nazirdən rus qazı ilə bağlı AÇIQLAMA

Polşalı nazirdən rus qazı ilə bağlı AÇIQLAMA

30 Mart 2022, 15:14

Polşa 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını dayandırmaq üçün addımlar atacaq.

 

Modern.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateusz Moraviecki mətbuat konfransında bildirib.

 

Moraviecki deyib ki, Polşa artıq Rusiya neftindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb:

 

"İndi Rusiyanın enerji mənbələrindən imtina etmək üçün Avropa ölkələri arasında ən radikal planı işə salır".

 

O, dünən Rusiya kömürünün idxalına qadağa qoyduğunu elan edib və Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.

 

Polşa hesab edir ki, neft və qaz ixracından əldə edilən pullar Rusiyanın döyüş maşınına təkan verir və buna son qoyulmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi