Yaxın bir neçə saat ərzində İtaliyanın Baş naziri Mario Draqi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması gözlənir.
Modern.az xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Luici Di Maio bildirib.
Qeyd edilib ki, bu, Baş nazirin Ukraynada müharibə başlamasından sonra Rusiya rəhbərilə ilk təması olacaq.