Modern.az

Atəş yalnız bu zaman dayana bilər - Putin

Atəş yalnız bu zaman dayana bilər - Putin

30 Mart 2022, 15:26

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarına mühasirəyə alınan Mariupolun atəşə tutulmasının yalnız Ukrayna qoşunları təslim olduqdan sonra bitəcəyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir.

 

Lakin Fransa rəsmiləri bildiriblər ki, Rusiya lideri mülki əhalinin şəhərdən çıxarılması planlarını nəzərdən keçirməyə razılaşıb.

 

Fransanın Yelisey sarayının rəsmiləri şəhərdəki vəziyyəti fəlakətli adlandırıb və əlavə edib ki, mülki əhali qorunmalı və istəsələr, şəhəri tərk etməlidirlər. Onların ərzaq yardımı, su və ehtiyacları olan dərman vasitələrinə çıxışı olmalıdır.

 

Fransa Türkiyə, Yunanıstan və bir neçə humanitar qrupla birlikdə Putinə şəhərin boşaldılması planını təqdim edib.

 

Rəsmilər Putinin Emmanuel Makrona təklifi düşünəcəyini söyləyib.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi