Ukrayna Prezidenti Volodimir Zelenski Norveçə müraciət edərək ölkəsini və Avropa İttifaqını daha çox enerji ilə təmin etməyə çağırıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə Norveç parlamentində videobağlantı formatında çıxışı zamanı danışıb.
“Siz Avropa İttifaqı ölkələrini və Ukraynanı lazımi resurslarla təmin etməklə Avropanın enerji təhlükəsizliyinə həlledici töhfə verə bilərsiniz”, - Zelenski yerli deputatlara və Norveç hökumətinin üzvlərinə səslənib.
O, həmçinin “biz artıq növbəti soyuq mövsüm üçün təqribən 5 milyard kubmetr qazın tədarükü barədə danışmışıq”, - deyə xatırlatma edib.
Qeyd edək ki, Norveç Avropanın Rusiyadan sonra ikinci ən böyük təbii qaz tədarükçüsüdür.