Modern.az

Kiyev Moskva ilə razılaşır - İstanbulda müzakirə olunan 4 PRİNSİP

Kiyev Moskva ilə razılaşır - İstanbulda müzakirə olunan 4 PRİNSİP

Dünya

30 Mart 2022, 18:25

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski dünən keçirilən İstanbul danışıqlarının təfərrüatlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, Ukraynanın Rusiyanın fundamental tələbləri ilə “prinsipcə” razılaşdığını bildirib.

 

"Dünən uzun illərdən sonra ilk dəfə olaraq Kiyev hakimiyyəti Rusiya ilə razılığa gəlməyə hazır olduqlarını bəyan etdi. Onlar bizə gələcək mümkün müqavilənin kağız üzərində yazılmış prinsiplərini təhvil verdilər", - deyə Medinski qeyd edib.

 

Onun sözlərinə görə, bu prinsiplər aşağıdakılardır:

 

1. Ukraynanın neytral statusunun müəyyənləşdirilməsi, NATO-ya daxil olmaqdan imtina edilməsi;

2. Nüvə silahlarından və digər kütləvi qırğın silahlarından imtina edilməsi;

3. Ölkə ərazisində xarici hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməsindən imtina edilməsi;

4. Hərbi təlimlərin yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirilməsi.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi