Modern.az

2 milyon uşaq Ukraynanı tərk edib

2 milyon uşaq Ukraynanı tərk edib

Dünya

30 Mart 2022, 18:37

Müharibə nəticəsində təxminən iki milyon uşaq Ukraynanı tərk etmək məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

 

Qeyd olunur ki, Ukraynanı tərk edən qaçqınların yarısını uşaqlar təşkil edir. Uşaqlardan 1.1 milyonu Polşaya gedib, qalanları Rumıniya, Moldova, Macarıstan, Slovakiya və Çexiyaya üz tutublar.

 

Müharibə zamanı 100-dən çox uşaq ölüb, 130-dan çoxu yaralanıb.

 

Məlumata görə, 2,5 milyondan çox uşaq Ukrayna daxilində məcburi köçkün vəziyyətinə düşüb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi