Rusiya Kiyev və Çerniqov istiqamətlərindən ayrı-ayrı bölmələri hərəkətə gətirib, lakin şəhərləri ələ keçirmək cəhdlərindən tam əl çəkməyib.
Modern.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.
O qeyd edib ki, Rusiya qoşunlarının bu ərazilərdən kütləvi şəkildə çıxarılması hələ də müşahidə edilməyib.
"Ona görə də hazırda bu barədə danışmaq tezdir. Düşmən ən çox itki verən bölmələri artırmaq üçün onları geri çəkir", - deyə sözçü bildirib.
Motuzyanikin sözlərinə görə, Ukraynadakı Rusiya qüvvələri yenidən qruplaşır və yeni hücum əməliyyatlarına hazırlaşır. O, Rusiyanın hələ də Mariupol, Popasna və Rubijne şəhərlərini ələ keçirməyə çalışdığını vurğulayıb.
Xatırladaq ki, Rusiya dünən Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatların intensivliyini azaldacağını bildirmişdi. Buna baxmayaraq, gecə saatlarında Çerniqov vilayəti atəşə tutulub.
Şəhər rəsmisi Vyaçeslav Çaus bildirib ki, zərbələr nəticəsində yaşayış binaları, infrastruktur, kitabxana binaları və ticarət mərkəzlərinə ziyan dəyib.
Akif İsmayılov