ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat yayıb.
"Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski bildirib.
***
19:59
ABŞ Prezidenti Co Bayden bu gün Ukrayna lideri Volodimir Zelenskiyə zəng edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Telefon danışığı zamanı tərəflər Ukraynadakı son vəziyyəti müzakirə edəcək.