İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynadakı son vəziyyəti və Rusiya qazının rublla satılması məsələlərini müzakirə edib.
"La Repubblica" qəzeti bildirir ki, söhbət günorta saatlarında baş tutub və təxminən bir saat davam edib. Draqi gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb.
Akif İsmayılov