Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər İstanbulda keçirilən danışıqlarla bağlı fikir mübadiləsi aparıblar.
"Mülki əhalinin toqquşma bölgələrindən, ilk növbədə Mariupoldan təhlükəsiz təxliyəsinin təmin edilməsi məsələlərinə toxunulub", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.