Modern.az

Rusiya Mariupolda sükut rejimi elan edəcək

Rusiya Mariupolda sükut rejimi elan edəcək

30 Mart 2022, 23:53

Rusiya Müdafiə Nazirliyi martın 31-i saat 10:00-dan etibarən Mariupolda sükut rejimi elan edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

 

O qeyd edib ki, Mariupoldan Zaporojyeyə evakuasiya üçün əlavə humanitar dəhliz açılacaq.

 

Mizintsevin sözlərinə görə, hazırkı gün üçün Ukrayna hakimiyyəti Zaporojye istiqamətində daha dörd marşrut elan edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi