Tunis Prezidenti Kays Səid ölkə parlamentinin buraxıldığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Dövlət başçısı bu barədə qərarı Milli Təhlükəsizlik Şurasının iclasında açıqlayıb.
Səid deyib ki, o, parlamenti “dövləti və onun təsisatlarını qorumaq üçün” buraxıb.
Qeyd edək ki, 2021-ci ilin iyul ayının sonunda Tunisdə siyasi böhran yaranıb. Səid parlamentin fəaliyyətini dayandırdığını, bütün deputatların toxunulmazlığının ləğv edildiyini və baş nazir Hişam Məşişin istefa verdiyini elan edib.
Akif İsmayılov