Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Lukaşuk məlumat yayıb.
Raket zərbələri neft anbarlarına dəyib.
"Axşam saatlarında düşmən vilayətin mərkəzinə aviazərbələr endirib. İki raket yanacaqla dolu neft anbarına düşüb. Obyekt dağılıb. Digər raketin qalıqları iki yanacaq daşıyan maşına ziyan vurub. Yaralanan və ya ölən olmayıb", - deyə o qeyd edib.
Akif İsmayılov