Rusiya son sutkada Ukraynanın paytaxtı Kiyevin şimalındakı qüvvələrinin 20 faizini digər bölgələrə çəkib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi məlumat verib.
O, Kiyev ətrafında yerləşdirilən Rusiyanın bəzi qüvvələrinin Belarusa doğru geri çəkildiyini bildirib. Pentaqon sözçüsü qeyd edib ki, çıxarılan qüvvələr bazalarına qayıtmayıb.