Fransanın hərbi kəşfiyyat rəisi general Erik Vido cəmi 7 ay vəzifədə qaldıqdan sonra istefaya göndərilib.
Modern.az xəbər verir ki, bu barədə yerli "L'Opinion" qəzeti yazıb.
Qeyd olunub ki, general Ukrayna böhranı zamanı kəşfiyyat işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qəzetin yazdığına görə, Vidonu 52 yaşlı general Jak Lanqlade de Monqro əvəz edə bilər.
Bundan əvvəl, Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirmişdi ki, ölkəsi Ukraynadakı hadisələri, o cümlədən Moskva ilə Kiyev arasında danışıqları diqqətlə izləyir.