Modern.az

Rusiyanın media rəhbərlərinə sanksiya qoyuldu

Rusiyanın media rəhbərlərinə sanksiya qoyuldu

Dünya

31 Mart 2022, 15:18

Böyük Britaniya tanınmış rusiyalılara, o cümlədən media rəhbərlərinə və hərbi liderlərə qarşı əlavə sanksiyalar elan edib.

 

Modern.az xəbər verir ki, sanksiya siyahısına daxil edilən son adlar arasında teleaparıcı Sergey Brilev və Kremlin maliyyələşdirdiyi “TV Novosti” də var.

 

“Qazprom Media”nın baş icraçı direktoru Aleksandr Jarov, RT-nin icraçı direktoru Aleksey Nikolov və Sputnik Beynəlxalq Yayımının rəhbəri Anton Anisimov da sanksiyaya məruz qalıb.

 

Bundan əlavə, general-polkovnik Mixail Mizintsev sanksiya siyahısına əlavə edilən 14 şəxs arasındadır.

 

Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi yalan selinə əsaslanır. Onun fikrincə, son sanksiyalar Putinin saxta xəbərlərini yayan təbliğatçıları hədəf alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi