Təklif olunan sülh sazişinin şərtləri Kiyevin qələbəsidir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç bildirib.
Onun sözlərinə görə, bu həftənin əvvəlində İstanbulda baş tutan danışıqlar zamanı Rusiya ilə müzakirə edilən sülh sazişinə əsasən, Ukrayna rəsmi Moskvanın veto qoya bilməyəcəyi beynəlxalq təhlükəsizlik zəmanətləri əsasında mümkün təhdidlərdən qorunacaq.
"Bu, bizim mövqeyimizi əsaslı şəkildə yaxşılaşdıran ideal razılaşmadır", - deyə Arestoviç əlavə edib.