Modern.az

Polşa Avropa İttifaqından 2,2 milyard avro tələb edir

Polşa Avropa İttifaqından 2,2 milyard avro tələb edir

Dünya

31 Mart 2022, 17:22

Polşa Avropa İttifaqından (Aİ) 2,2 milyard avro tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Blazej Pobozy məlumat verib.

 

O, dövlət televiziyasına açıqlamasında deyib ki, Polşa ukraynalılara kömək edir. Buna görə də Aİ Polşaya gələn ukraynalı qaçqınların maliyyələşdirilməsində yardımı gecikdirməməlidir.

 

Nazir müavini ukraynalıların ölkənin səhiyyə və təhsil sistemlərindən istifadə etmələri və əmək bazarına çıxışlarını asanlaşdırmaq üçün onlara PESEL milli şəxsiyyət nömrələri verildiyini qeyd edib.

 

Pobozy vurğulayıb ki, 96 faizi qadın olan yarım milyona yaxın ukraynalı qaçqına PESEL xidməti göstərilir.

 

Hazırda Polşada 2,4 milyon ukraynalı qaçqın var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi