Modern.az

Kadırov ukraynalı əsirlərin görüntüsünü yaydı - VİDEO

Kadırov ukraynalı əsirlərin görüntüsünü yaydı - VİDEO

Dünya

31 Mart 2022, 18:00

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında Mariupoldakı ukraynalı hərbi əsirlərin üzr istəməsi, yerli hökuməti qınaması və Ukrayna ordusunu silahı yerə qoymağa çağırmasına dair video yayımlayıb.

 

Modern.az xəbər verir ki, Kadırov rus ordusunun Ukrayna hərbçilərinə humanist davrandığını iddia edib.

 

"Əsir düşən cəsur Ukrayna əsgərlərinin hər biri çox anlayışlı olur, rəhbərliyini pisləyir, anti-xalq fəaliyyətinə görə Rusiya və Ukrayna xalqlarından üzr istəyir, Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı silahı yerə qoymağa və təslim olmağa çağırır. Onlara yemək, tibbi xidmət, dərman verilir, yaxınları ilə telefonla əlaqə saxlamaq imkanı yaradılır”, - Kadırov ukraynalı əsirlərdən danışıb.

 

Qeyd edək ki, Kadırovun paylaşımı sosial şəbəkələrdə tənqidlərə tuş gəlib. Onun bu addımı qeyri-insani davranış kimi qiymətləndirilib. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi