Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları barədə fərman imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Biz dost olmayan ölkələrə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Məhz bu hesablardan sabahdan - aprelin 1-dən verilən qazın pulu rublla ödənilməlidir”, - deyə dövlət başçısı aviasiya sənayesi ilə bağlı müşavirədə bildirib.
Putin əlavə edib ki, ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi defolt hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq:
"Bu, yalnız “Qazprom”un boru kəmərləri ilə nəqlinə təsir edəcək. "Qazprombank" xarici alıcılara xüsusi rubl hesabları açmaq üçün səlahiyyətli bank kimi təyin edilmişdir".