G7 ölkələri Rusiyanın qaz tədarükünün haqqını rublla ödəmək tələbini qəbul etməyəcək.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib.
“Mən sizə G7-nin bəyanatını xatırlatmaq istəyirəm. Biz qazın başqa valyutada ödənilməsi tələbini qəbul etməyəcəyik. Bu, müqavilələrdə nəzərdə tutulmayıb. Sazişlər razılaşmalardır və onlara ciddi əməl edilməlidir”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Rusiya qazın rublla satışı barədə qərar verib.