Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar Rusiya ilə əlaqəli 13 şəxsə və 21 təşkilata tətbiq edilib.
Sanksiya tədbirləri Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini dəstəkləyən sektorların imkanlarını məhdudlaşdırmaq üçün nəzərdə tutulub.