Modern.az

Türkiyənin Ukraynada hərbi iştirakı mümkün deyil

Türkiyənin Ukraynada hərbi iştirakı mümkün deyil

Dünya

31 Mart 2022, 20:53

Razılaşma əldə olunsa, Ukrayna hərbi alyanslara daxil olmayacaq, amma Avropa İttifaqına üzv ola bilər.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

XİN başçısı əlavə edib ki, "bu halda Türkiyə zəmanətçilərdən biri olacaq və Rusiya razılaşma əldə olunduğu təqdirdə, özü də üzərinə bu rolu götürməli olacaq".

 

Çavuşoğlu, həmçinin bildirib ki, Türkiyənin Ukraynada hərbi iştirakı müzakirə mövzusu deyil.
 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi