Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Liderlər martın 29-da İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər.
Ərdoğan İstanbul görüşünün müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə müsbət təkan verdiyini bildirib.
Bundan əlavə, Türkiyə Prezidenti Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.
Zelenski isə öz növbəsində Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Türkiyə liderinə təşəkkürünü bildirib.
***
Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığının olacağı gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata görə, iki lider arasındakı telefon danışığının Ankara vaxtı ilə saat 22:00-da baş tutması planlaşdırılır. Danışıq zamanı Rusiya-Ukrayna böhranındakı son vəziyyət və mövzu ilə bağlı digər məsələlərin müzakirə ediləcəyi qeyd olunub.
Akif İsmayılov