Əfqanıstanın cənubundakı Helmand vilayətində minaatan mərmisinin partlaması nəticəsində 5 uşaq həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Taliban hökumətinin vilayətdəki nümayəndələri məlumat yayıb.
Rəsmilər vilayətin Marca rayonunda müharibədən qalma minaatan mərmisinin uşaqlar oynayan zaman partladığını açıqlayıb.
Partlayış nəticəsində daha 2 uşaq yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda partlamamış hərbi sursatların partlaması nəticəsində bundan əvvəl də uşaqlar həlak olub.
Akif İsmayılov