Modern.az

Ukrayna ordusu “qəhrəman şəhəri” AZAD ETDİ

Ukrayna ordusu “qəhrəman şəhəri” AZAD ETDİ

1 Aprel 2022, 22:14

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya ordusundan azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Buçanın meri Anatoli Fedoruk məlumat yayıb.

 

Onun sözlərinə görə, şəhərin azad edilməsi əməliyyatına dünən başlanılıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya ordusu Buçadan geri çəkilərkən mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıb.

 

Xatırladaq ki, martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilib. 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal