Modern.az

Güləşçimiz ikiqat Avropa çempionu oldu

Güləşçimiz ikiqat Avropa çempionu oldu

Dünya

2 Aprel 2022, 20:39

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızım rəqibi gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

 

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal