Modern.az

Rus oliqarxlarına təyyarə qadağası

Rus oliqarxlarına təyyarə qadağası

Dünya

2 Aprel 2022, 21:25

Britaniyada rusiyalı oliqarxlara məxsus şəxsi təyyarənin havaya qalxması qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps məlumat verib.

 

“Biz Putinin himayəsi altında milyonlar qazananların yanlarında olmayacağıq”, - deyə Şapps "Twitter"də bildirib.

 

Nəqliyyat Nazirliyi təyyarənin Londondakı Luton Hava Limanından qalxmasının qarşısını almaq üçün Hərbi Hava Qüvvələrinə (NOTAM) bildiriş göndərdiyini açıqlayıb.

 

Təyyarənin Rusiya ilə əlaqəli sanksiyalara daxil olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal